KARFO MMC-nin hərbi məhsulları Azərbaycan-Türkiyə birgə təlimlərində nümayiş etdirilib
05.05.2019 17:33
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən 2019-cu il may ayının 1-dən 3-dək “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim keçirilmişdir. AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) və KARFO MMC sözügedən təlimdə mövcud layihələri ilə iştirak etmiş və uğurlu nəticələr əldə edilmişdir.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov başda olmaqla Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə hərbi təlim zamanı SETM-in və KARFO MMC-nin birgə həyata keçirdiyi hərbi və müdafiə xarakterli elmi-tədqiqat işlərinin bir neçəsinin sınaqdan keçmiş son hazır nümunələri (hərbi məmularlar) nümayiş etdirilmişdir.