KARFO-nun hərbi məhsulları sınaqdan uğurla keçirilib
15.06.2019 15:00
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəvətilə AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) və KARFO MMC Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin təlim poliqonunda keçirilmiş hərbi təlimdə mövcud layihələri ilə iştirak etmiş və uğurlu nəticələr əldə edilmişdir.
Hərbi təlim zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının iştirakı ilə SETM-in və KARFO MMC-nin birgə ərsəyə gətirdiyi hərbi və müdafiə xarakterli elmi-tədqiqat işlərinin bir neçəsinin son hazır nümunələri (hərbi məmularlar) nümayiş etdirilərək sınaqdan keçirilmişdir.