Şirkət haqqında

2016-ci ildə təsis edilmiş KARFO SLA MMC şirkəti istehsalat, keyfiyyətə nəzarət və elmi tədqiqat omaqla üç əsas istiqamət üzrə fəaliyyətə başlamışdır. Bu istiqamətlər üzrə neft və qaz emalı zavdoları, elektrik enerjisi istehsalçıları, kimya və neft-kimya zavodları, su və çirkab suların təmizlənməsi, aerokosmik və müdafiə, aviasiya və nəqliyyat, dəniz və donanma, plastik və polimer istehsalı, tikinti, inşaat və digər müəssisə, təşkilat və sənaye sahələri üçün yüksək texnoloji laboratoriya və sənaye avadanlıqları, eləcə də müxtəlif kimyəvi maddələr və reagentlər təqdim etməklə hərtərəfli mühəndislik həllərinə yönəlmişdir.

 

Qısa müddətdə formalaşdırdığımız gənc, enerjili və yüksək ixtisaslı komandamız  menecment, satış, marketinq, sifarişlərin işlənməsi, texniki servis və təlim şöbələri üzrə ən müxtəlif tapşırıqların və layihələrin icrasını ölkəmizdə uğurla həyata keçirməkdədir. Biz fəaliyyətimizi ölkəmizin sərhədlərindən kənarda da genişləndirməyə çalışırıq və bir çox ölkədə neft, yanacaq, qaz, su, qida, sənayesi və digər sahələrdə bir çox qabaqcıl şirkətlər üçün satış və servis təmsilçisi kimi fəaliyyət göstərən regional nüfuzlu şirkətə çevrilmək niyyətindəyik.  

 

Məhsul portfelimizdə, bütün dünyada tanınan və məhsulları ilə öz sektorunda aparıcı mövqeyə malik şirkətlərin müxtəlif növ məhsulları yer almaqdadır. Təlim keçmiş və təcrübəli mütəxəssislər qrupumuz, bu geniş məhsul çeşidlərindən müştərilərimizin istehsalat və keyfiyyətə nəzarət üzrə ən müxtəlif arzu və ehtiyaclarını asanlıqla təmin edə və ən qısa müddətdə onlar üçün ən uyğun məhsulu və tətbiqi seçə bilməkdədir. Mütəxəssislərimiz təmir və servisə ehtiyacı olan cihazlara müvafiq xidmətləri göstərməklə yanaşı yeni məhsulların və yeni tətbiqlərin işlənib hazırlanması üçün də davamlı araşdırma və tədqiqatlar aparmaqdadır.

 

Şirkətimiz istehsalat və keyfiyyətə nəzarət avadanlıqları ilə yanaşı, itehsalatda istifadə edilən xam maddələrdən tutmuş laborator analizlərdə istifadə olunan yüksək təmizlikli kimyəvi maddələrə qədər ən müxtəlif kimyəvi maddələri tədarük etməklə də məşğuldur. Bu növ məhsullarla təmin etdiyimiz müştərilərimizlər sırasında SOCAR, Azərenerji ASC, Azərsu ASC, AMEA, PMD Group və s. şirkətlər və təşkilatlar vardır. Təchizatını həyata keçirdiyimiz məhsullara müxtəlif növ turşuları, qələviləri, antisklantları, flokulyantları, depresantları, inhibitorları, qida əlavələrini, emulqatorları və s. misal çəkmək olar.

 

KARFO komandası olaraq qarşıya qoyduğunuz hədəflərinizə çatmağınız üçün Sizinlə çiyin-çiyinə çalışmağa hazır olduğumuzu əminliklə bildirir və uğura gedən yolda qarşılaşa biləcəyiniz hər hansı çətinliyi  aradan qaldırmaqla Sizə dəstək olmaqdan məmnun olacağımızı nəzərinizə çatdırırıq.